MƏDƏNİYYƏT


“İçan Kala” Qoruq Muzeyi ilə “İçərişəhər” Qoruq İdarəsi arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovla Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Aşrafxanov arasında işgüzar görüş keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkələrimiz arasında mədəni və tarixi əlaqələr, habelə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə, həmçinin tarixi və memarlıq quruluşları baxımından Özbəkistanın “İçan Kala” Qoruq Muzeyi ilə qədim İçərişəhər arasındakı oxşar cəhətlər müzakirə edilib.

“İçan Kala” Qoruq Muzeyi ilə “İçərişəhər” Qoruq İdarəsi arasında əməkdaşlığın genişləndirilməsi, hər iki tarixi məkanın UNESCO-nun Ümumdünya İrs Siyahısında olması, eləcə də dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alaraq, idarə ilə “İçan Kala” Qoruğu arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Memorandum”un imzalanması məsələsinin gündəmdə olduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.