MƏDƏNİYYƏT


“İçərişəhər” Qoruq İdarəsinin tabeliyindəki muzeylərdə “açıq qapı” günü keçiriləcək

Bakı, 14 may, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edib.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, həmin gün paytaxt sakinləri və qonaqlar İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, həmçinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.