MƏDƏNİYYƏT


İçərişəhər haqqında videomaterial qalampir.uz portalında

Daşkənd, 4 aprel, AZƏRTAC

Özbəkistanın qalampir.uz portalı Bakı şəhərində keçirilən Novruz şənliyi, şəhərin turizm imkanları, tarixi və mədəniyyəti, İçərişəhər haqqında videomaterial təqdim edib.

AZƏRTAC xəbər verir ki, videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana təşkil olunmuş mediaturu çərçivəsində hazırlanıb.

Videomaterialda bildirilir ki, V-XII əsrlərə aid olan İçərişəhər 221 min kvadratmetr sahəyə malik ərazini əhatə edir.

Qeyd edilir ki, İçərişəhərdə kafe və restoranlar, müxtəlif mağazalar fəaliyyət göstərir və bu məkanda 1300-dən artıq ailə yaşayır. Burada Qız Qalası, Şirvanşahlar sarayı, Cümə məscidi, Şirvanşahlar hamamı kimi qədim abidələr var.

Videomaterialda Qız Qalası haqqında ətraflı məlumat verilir, deyilir ki, bu qədim qala UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Vurğulanır ki, sabiq SSRİ dövründə İçərişəhərdə məşhur filmlər çəkilib, hətta “Briliyant əl” filminin şərəfinə burada eyniadlı restoran da fəaliyyət göstərir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.