MƏDƏNİYYƏT
İçərişəhərdə “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecə təşkil edilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi silsilə tədbirlər həyata keçirməkdədir.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qala Qoruğu ərazisindəki Etno evdə təşkil olunan “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecəsi belə möhtəşəm tədbirlərdən biridir.
Tədbiri idarənin mətbuat katibi Rahib Azəri açaraq bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığına nəzər salıb.
Daha sonra gecəyə dəvət edilən sufi və təsəvvüf fəlsəfəsinin davamçısı, ney və pianonun mahir ifaçısı, “Səma rəqsləri” qrupunun rəhbəri Hakan Mengüc haqda iştirakçılara məlumat verib. Məşhur ifaçının bir-birindən gözəl musiqiləri gecəyə xüsusi gözəllik və rəng qatıb.
Gecənin sonunda pop, caz və xalq mahnılarının mahir ifaçısı, Əməkdar artisti Tünzalə Ağayeva pianoda Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısını ifa edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]