MƏDƏNİYYƏT


İçərişəhərdə “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi davam edir

Bakı, 8 yanvar, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi davam edir.

AZƏRTAC xəbər verir ki, sərgidə dünyanın böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir, həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də sərgilənir.

Yüksək texnoloji metodlara əsaslanaraq texniki yeniliklər sayəsində “canlanan” eksponatlar, onların ehtiva etdiyi dərin məna və Şirvanşahlar Sarayının tarixi ab-havasını zənginləşdirən qədim musiqi alətlərində ifa olunan əsərlər buraya təşrif buyuran ziyarətçilərin böyük marağına səbəb olur.

Qeyd edək ki, sərgi yanvarın 23-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.