MƏDƏNİYYƏT


İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq

Bakı, 21 may, AZƏRTAC

İyunun 7-də “Art Tover” rəsm qalereyasında gənc rəssam Aytən Abdullayevanın “Stokholm- sütunlar üzərində ada” adlı rəsm sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi İsveçin ölkəmizdəki səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.

İsveçin Bakıdakı səfirliyinin dəstəyi ilə rəssam bu gözəl şəhəri – Stokholumu ziyarət etməklə öz təəssürat və hisslər qammasını rəsmlərində əks etdirmək şansı əldə edib. Stokholma səfər etmək və bu şəhərin bütün harmoniyasını kağıza köçürmək rəssam üçün çətin, lakin olduqca maraqlı olub. Sərgidə rəssamın 30-dən çox sənət əsəri yer alacaq. İyunun 12-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.