MƏDƏNİYYƏT


İçərişəhərdə açıq səma altında sərgi

Bakı, 28 avqust, AZƏRTAC

İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan” təşkilatının təşkilatçılığı ilə gerçəkləşib.

Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib: “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının 15-dən çox sənət əsəri ziyarətçilərin ixtiyarına verilib. Eyni zamanda, sərgidə müxtəlif texnika ilə işlənmiş əl işləri də nümayiş edilib. Müxtəlif janrlı rəsmlərin yer aldığı sərgi paytaxt sakinləri və şəhərimizin qonağı olan turistlər üçün nəzərdə tutulub. Layihə çərçivəsində açılan sərgi insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə hər həftənin şənbə və bazar günləri təşkil edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.