MƏDƏNİYYƏT


İçərişəhərdə növbəti sərgi: Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də “Art Tover” rəsm qalereyasında gənc rəssam Fəridə Qarayevanın “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın 20-dək sənət əsəri nümayiş olunacaq. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın müasir əsərlərində xalça sənətini təbliğ etməkdir.

Oktyabrın 31-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

Qeyd edək ki, Dekorativ-Tətbiqi Sənət Festivalı Gənclər Şəbəkəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyi və “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq.

Mədəniyyət və İncəsənət Universitetinin xalçaçı rəssam ixtisası üzrə təhsil alan F.Qarayeva, çoxsaylı sərgi, plener və festivallarda iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.