MƏDƏNİYYƏT


İçərişəhərdə növbəti sərgi - “Avropa”

Bakı, 22 fevral, AZƏRTAC

İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında rəssam Xanlar Məmmədovun əsərlərindən ibarət “Avropa” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatının birgə təşəbbüsü ilə reallaşıb.

Sərgidə tanınmış fırça ustasının 50-dən çox sənət əsəri nümayiş edilir. Ekspozisiyada yer alan rəsmlər rəssamın Avropaya səyahəti zamanı yaratdığı rəsmlərdir. Ziyarət etmək istəyənlər martın 3-dək qeyd edilən məkana üz tuta bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.