DÜNYA


İçərisində Beynəlxalq Valyuta Fondunun rəhbərinin olduğu təyyarə Argentinada qəza enişi edib

Bakı, 23 iyul, AZƏRTAC

“American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi salonun hermetikliyini itirməsi səbəbindən Argentinada qəza enişi edib. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard sərnişinlərin arasında olub. Bu barədə Argentinanın “Clarin” qəzeti məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə Buenos-Ayresdən qayıdırmış. Kristin Laqard G20 ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin görüşündə iştirak edib. Təyyarə Buenos-Ayresin 30 kilometrliyində yerləşən Eseysa aeroportunda enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.