DÜNYA


İçərisində erməni zabitlərinin olduğu avtomobilin qəzaya uğraması nəticəsində bir hərbçi ölüb, biri xəsarət alıb

Bakı, 18 yanvar, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində avtoqəzalar nəticəsində ölən və yaralananların sayı artmaqdadır.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Madagiz yaşayış məntəqəsində yerləşdirilən artilleriya divizionunda xidmət edən iki zabitin olduğu avtomobil qəzaya uğrayıb. Hərbi polisin polkovnik Yengibaryana məruzəsində deyilir ki, zabit idarə etdiyi avtomobillə sürət həddini aşdığından nəqliyyat vasitəsi idarəetməni itirib və yaşayış məntəqəsinin girəcəyində yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində hər iki zabit ağır bədən xəsarətləri alıb. Onlardan biri yolda ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb və hərbi polis tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.