REGİONLAR
İçərisində idmançıların da olduğu mikroavtobus yük maşını ilə toqquşub VİDEO
Yevlax, 27 aprel, AZƏRTAC
İçərisində idmançıların da olduğu mikroavtobus yük maşını ilə toqquşub. Hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Yevlaxdan keçən hissəsində baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, ağır qəza zamanı mikroavtobusda olan 28 yaşlı Ramiz İlyaslı, 13 yaşlı Polad Niyazlı və 56 yaşlı Təranə Paşayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Zərərçəkənlərə tibbi yardım göstərilib.
Qəzaya düşən avtomobildə paytaxtda keçirilən yarışdan qayıdan 5 idmançı da olub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]