REGİONLAR


İçki, tütün və qida məhsullarının istehsalında artım olub

Bakı, 20 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrünə nisbətən içki istehsalında 52,2 faiz, tütün məmulatlarının istehsalında 25,1 faiz, qida məhsullarının istehsalında 18,3 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 2,1 dəfə, kolbasa məmulatları 47 faiz, qaymaq və xama istehsalı 20,5 faiz, cem və marmeladların istehsalı 11,2 faiz, üzlü süd istehsalı 2,8 faiz, alkoqolsuz içkilərin istehsalı 18,7 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.