Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İcma: Avropa Parlamentini ayrı-seçkiliyə son qoymağa və qayıdış hüququmuza dəstək verməyə çağırırıq

İcma: Avropa Parlamentini ayrı-seçkiliyə son qoymağa və qayıdış hüququmuza dəstək verməyə çağırırıq

Bakı, 18 mart, AZƏRTAC

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin martın 15-də Azərbaycan və Ermənistan ilə əlaqələrinə dair qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir.

İlk öncə qeyd edək ki, insan hüquqlarının Ermənistan tərəfindən sistemli şəkildə pozulmasından əziyyət çəkən İcma olaraq biz insan hüquqları və regional təhlükəsizlik sahəsində beynəlxalq prosesləri çox diqqətlə və xüsusi həssaslıqla izləyirik.

Sülh, təhlükəsiz və insan hüquqları kimi məsələlərin əks olunduğu sözügedən qətnamələr Ermənistanın zorakılıq yolu ilə qovduğu azərbaycanlıların təmsilçisi olan İcmamız üçün birbaşa maraq kəsb edir.

Avropa İttifaqının əsas orqanlarından biri kimi, Avropa Parlamentinin üzərinə İttifaqın əsas sənədlərində ayrı-seçkilik olmadan insanların bərabərliyi və insan hüquqlarının aliliyinin təşviq edilməsinə dair müddəaların yerinə yetirilməsi sahəsində mühüm vəzifələr düşür. Avropa İttifaqı insan hüquqlarının təşviq edilməsi missiyasını könüllü şəkildə öz üzərinə götürüb və prinsip etibarilə biz bunu alqışlayırıq.

Lakin təəssüflə qeyd etməliyik ki, Avropa Parlamentinin indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsində fəaliyyət göstəriciləri çox aşağıdır və hətta zərərlidir.

Hələ 1988-ci ildə - Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmasına göz yummuşdur. İlk dövrlərdə bunun Avropa parlamentarilərinin məlumatsızlığı və Ermənistan yönümlü lobbi qurumlarının fəaliyyəti ilə bağlı olduğunu güman edirdik.

Lakin sonra məlum oldu ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir. Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə etmiş, bəzi hallarda onun tutduğu mövqe Ermənistanın mövqeyində də radikal olmuşdur.

Təəssüf ki, Avropa Parlamenti 2023-cü il martın 15-də qəbul etdiyi qətnamələrlə öz zərərli ənənəsini davam etdirmişdir.

Ermənistanın yoxlanılmış və yoxlanmamış bütün iddialarının hər birinə gen-bol yer verən qətnamə müəlliflərinin yaxın keçmişdə azərbaycanlıların sayca üstünlük təşkil etdiyi indiki Ermənistan ərazisində indi bir nəfər də olsun azərbaycanlının qalmaması, orada Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susmaları açıq-aşkar qərəzdir.

Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişənin əsas səbəbinin Ermənistanın ksenofobik və ərazi ekspansiyası siyasəti olduğu, Ermənistanın öz ərazisindən bütün azərbaycanlıları qovması olduğu halda, qətnamələrdə ilkin səbəb barədə uydurma iddialar səsləndirilir. Azərbaycan ərazisində yaşamaqda olan ermənilər üçün beynəlxalq sülhməramlı əməliyyat, beynəlxalq qarantiya mexanizmləri tələb edilən qətnamələrdə, nədənsə eyni tələb Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürülmür. Qətnamələrdə Ermənistanın öz ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməyə guya hazır olması kimi ağ yalan əks etdirilmişdir.

Ermənistana aid qətnamənin “İnsan hüquqlarına və fundamental azadlıqlarına hörmət” adlı hissəsində bu ölkənin qanuni sakinləri olan və etnik ayrı-seçkilik əsasında qovulmuş azərbaycanlıların hüquqları barədə bir kəlmə də olsun qeyd yoxdur. Etnik təmizləmə yolu ilə monoetnik əraziyə çevrilmiş Ermənistana münasibətdə belə yanaşma onun apardığı ayrı-seçkiliyə açıq-aşkar dəstək deməkdir.

Qətnamədə eynilə Ermənistan hökuməti kimi, Qərbi Azərbaycan termini ilə bağlı irad bildirilir. Bununla əlaqədar vurğulamaq istərdik ki, həmin bölgədə yaxın tarixədək azərbaycanlıların çoxluq təşkil etdiyini və son dövrlərədək qeydə alınmış toponimlərin və hidronimlərin 95 faizindən çoxunun Azərbaycan mənşəli olduğunu nəzərə alaraq, bu ifadəni işlətməyin ciddi əsasları var. Xüsusilə oranın qanuni sakinləri olan azərbaycanlılar etnik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, o ifadəni işlətmək törədilmiş insanlıq əleyhinə cinayəti rədd etmək baxımından bütün insanlığın borcudur.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Avropa Parlamenti üçün əsas məsələ insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülh deyil, müəyyən maraqları irəlilətməkdir. Biz qeyd etməliyik ki, istənilən qurumun beynəlxalq səviyyədə öz marağını müdafiə etməkdə sərbəst olduğunu qəbul edirik. Avropa Parlamenti də bu mənada istisna təşkil etmir. Lakin biz Avropa Parlamentinin müəyyən dairələrin azərbaycanofob yanaşmalarını irəlilətmək üçün insan hüquqları kimi ülvi dəyərlərdən sui-istifadə etməsinə razı ola bilmərik.

Biz Avropa Parlamentini qərəzli yanaşmadan əl çəkməyə, Ermənistandan qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq. Bu məqsədlə Avropa Parlamentinin bizim Avropa İttifaqı Şurasının Prezidentinə göndərdiyimiz müraciətə uyğun olaraq, Avropa İttifaqının Ermənistandakı missiyasının öz mandatı əsasında aşağıdakıların yerinə yetirilməsini təşviq etməsini xahiş edirik:

• Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsizliyinə töhfə vermək;

• Münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirinə dair məlumat toplamaq, o cümlədən azərbaycanlıların mülkiyyətinin və mədəni irsinin vəziyyəti barədə hesabatlar hazırlamaq;

• Ermənistandan qovulmuş azərbaycanlılar üçün etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək, o cümlədən onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidələrini ziyarət edə bilmələrinə şərait yaratmaq;

• İcma ilə birlikdə beynəlxalq humanitar hüquq, insan hüquqları, mülki şəxslərin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, o cümlədən Qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 (2000) nömrəli qətnaməsinin, Gənclər, sülh və təhlükəsizlik mövzusunda 2250 (2015) nömrəli, Uşaqlar və silahlı münaqişələr mövzusunda 1612 (2005) nömrəli qətnaməsinin müddəalarına dair müvafiq proqramlar hazırlamaq və icra etmək.

Nəhayət biz İcma olaraq “Avropa İttifaqı - Ermənistan əlaqələrinə dair” (P9_TA(2023)0081, 2021/2230(INI)) qətnamədə tövsiyə edilən, barışıq naminə həqiqətlərin araşdırılması üzrə birgə səylərdə iştirak etməyə hazır olduğumuzu ifadə edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans