ELM VƏ TƏHSİL


“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində uşaqlar üçün yeni verilişlər hazırlanıb

Bakı, 10 iyun, AZƏRTAC

Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində uşaqlar üçün yeni verilişlər hazırlanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, verilişlər layihənin yutub kanalında, həmçinin “Mədəniyyət TV” və “ARB Günəş” kanallarında yayımlanır.

Belə ki, mart ayından başlayaraq “Nazlı və dostları” adlı yeni, əyləncəli və maarifləndirici veriliş hazırlanır. Hər buraxılışı fərqli bir mövzuya həsr olunmuş verilişdə baş qəhrəman Nazlı öz dostları Xallı və Biləndər ilə birlikdə müxtəlif biliklərə yiyələnir və eyni zamanda, əylənirlər. Qeyd edək ki, hər seriyanın mövzusuna uyğun şəkildə mahnı mətnləri yazılır və onlara uyğun musiqi bəstələnir. Hazırda 11 veriliş yayımlanıb və ilk mövsüm üçün ümumilikdə 25 verilişin yayımlanması planlaşdırılıb.

Bundan əlavə, nağılların hər zaman uşaqlarda maraq doğurduğunu nəzərə alaraq UNICEF-in maliyyə dəstəyi ilə müəllif nağılları əsasında “Nağıl bağı” verilişi hazırlanır. Nağılların seçimi zamanı uşaqların səmərəli və əyləncəli vaxt keçirməsi ilə yanaşı, onlarda müxtəlif müsbət xüsusiyyətlərin formalaşdırılması da nəzərə alınır. Rəssamlar tərəfindən hər biri üçün rəsmlərin çəkildiyi nağıllar peşəkar aktyorlar tərəfindən səsləndirilir. Onların arasında Xalq artisti Kazım Abdullayev və digər tanınmış aktyorlar yer alıb.

Qeyd edək ki, “Nazlı və dostları” və “Nağıl bağı” verilişlərinin quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.