ELM VƏ TƏHSİL


İcma əsaslı təhsilə cəlb edilən uşaqların sayı 2 minə yaxın olub

Bakı, 11 oktyabr, M.Dadaşov, P.İmanova, AZƏRTAC 

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq təhsilin bütün pillələrində təhsilin inkişafı üçün işlər aparılır. Dörd il əvvəl məktəbəhazırlıq yaşına çatmış uşaqların təhsilə cəlbolunma səviyyəsi 25 faiz idisə, strategiyaya uyğun aparılan işlər nəticəsində ötən tədris ilində bu göstərici 65, bu tədris ilində isə 75 faiz olub.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov XII Azərbaycan beynəlxalq təhsil sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

“Bu il 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulan icma əsaslı təhsilə cəlb edilən uşaqların sayı 2 minə yaxın olub”, - deyən nazir bu rəqəmi yüksəltməyin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.