ELM VƏ TƏHSİL


İcmalarla sosial işin spesifik xüsusiyyətləri müzakirə olunub

Bakı, 12 aprel, AZƏRTAC 

Azərbaycan Universitetinin yeni istifadəyə verilmiş Təlim və Tədris Mərkəzində icmalarla sosial işin spesifik xüsusiyyətlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbiri sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva açaraq ölkəmizdə sosial iş ixtisasının tədrisində mütəxəssis və ədəbiyyat çatışmazlığı haqqında danışıb. Kafedra müdiri ixtisasın tədris olunduğu təhsil müəssisələrinin nümayəndələrinin bu problemlərin müzakirə olunması məqsədilə Azərbaycan Universitetinə dəvət olunduqlarını qeyd edib və mərkəzdə müxtəlif müstəvilərdə təlim, seminar, dəyirmi masaların təşkil olunacağını diqqətə çatdırıb.

Daha sonra kafedranın baş müəllimi Tünzalə Verdiyeva “İcmalarla sosial işin spesifik xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimat icma anlayışı, icmaların təsnifatı, icma səfərbərliyi, icma resursları, icma liderliyi, icma fondları, icmanın davamlılığı və dayanıqlılığı kimi mövzuları əhatə edib.

Dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam edib, iştirakçıların problemlərin həlli yolları barədə təklifləri dinlənilib.

Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Şuşa Humanitar Kolleci, Bakı Dövlət Sosial - İqtisadi Kolleci, Qərbi Azərbaycan, Naxçıvan, Qazax, Şəki, Şamaxı Mingəçevir, Tovuz icmalarının nümayəndələri və Azərbaycan Universitetinin sosial iş ixtisası üzrə təhsil alan magistratura tələbələri iştirak ediblər. Naxçıvan Dövlət Universitetinin əməkdaşları dəyirmi masaya onlayn şəkildə qoşulublar.

Sonda növbəti görüşün mövzusu elan olunub, dəyirmi masanın iştirakçıları icma quruculuğu ilə bağlı praktik təlimə dəvət ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.