CƏMİYYƏT


İcraçı direktor: İrqçilik, islamofobiya, antisemitizm kimi məsələlər Azərbaycanı həmişə narahat edib

İcraçı direktor: İrqçilik, islamofobiya, antisemitizm kimi məsələlər Azərbaycanı həmişə narahat edib

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan da islamofobiyaya məruz qalan ölkələrdən biridir. Ermənistanın hərbi təcavüzü nəticəsində məscidlərimiz yandırılıb, dağıdılıb, əhalimiz müsəlman, türk olduğuna görə işgəncələrə məruz qalıb.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İcraçı direktoru Rəvan Həsənov söyləyib.

“İrqçilik, ayrı-seçkilik, diskriminasiya, islamofobiya, antisemitizm kimi məsələlər Azərbaycanı həmişə narahat edib”, - deyən R.Həsənov əlavə edib ki, elmi müstəvidə keçiriləcək beynəlxalq konfransa dünya alimlərinin böyük marağı var. Çünki Azərbaycan nadir ölkələrdəndir ki, BMT Baş Assambleyasının “İslamofobiya ilə mübarizə günü” ilə bağlı qətnaməsinin birinci ildönümündə konfrans təşkil edir.

Konfransın əhəmiyyətinə toxunan İcraçı direktor deyib ki, belə tədbirlər sonralar BMT-nin hansısa qərarlar verməsində tövsiyəedici rol oynayır. Konkret elmi mövzu müzakirə olunur, yol xəritələri hazırlanır. Bu da çox vacib amillərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.