İQTİSADİYYAT
İcraçı direktor: TAP layihəsinin 85 faizdən çoxu icra edilib
Bakı, 19 fevral, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci iclası çərçivəsində Bakıda səfərdə olan TAP-ın icraçı direktoru Luca Schieppati və prezidenti Valter Peeraerlə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə TAP-ın Albaniya, Yunanıstan və İtaliya hissəsində görülən işlər barədə ətraflı məlumat verilib.
L.Schieppati deyib ki, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP qaz boru kəməri layihəsi üzrə işlərin 85 faizdən çoxu icra olunub. İtaliyada hazırda boru kəmərinin qəbulu terminalı, mikrotunel sahəsi və dənizə çıxış hissəsində işlər davam etdirilir. Onun sözlərinə görə, TAP 2020-ci ildə Azərbaycan qazını qəbul etməyə hazır olacaq.
Nazir P.Şahbazov TAP layihəsi üzrə irəliləyişləri və İtaliya hökumətinin mövqeyini yüksək qiymətləndirib. Layihənin region ölkələri, o cümlədən İtaliya üçün bir çox aspektlərdən mühüm əhəmiyyət daşıdığını və TAP-ın tikintisinin planlaşdırılan vaxtda yekunlaşacağına əminliyini ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]