İctimai Etimad Şurasının üzvləri ADNSU-da imtahan prosesini izləyiblər
AzerTAg.az
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurasının nümayəndələri yaz imtahan sessiyasının gedişatını izləyiblər.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Əvvəlcə şuranın nümayəndələri ADNSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş kompleksi ziyarət ediblər. Sonra onlar imtahan keçirilən auditoriyaları gəzib, müəllim və tələbələrin imtahanlara hazırlıq səviyyəsi, həmçinin imtahanların şəffaf mühitdə keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olublar.
Şura nümayəndələri imtahana nəzarət prosesini yüksək qiymətləndirib və tələbələrin hazırlıq səviyyəsi, eləcə də imtahanların gedişatından razı qaldıqlarını bildiriblər.





Xəbərin mətnində orfoqrafik səhv var