REGİONLAR


İctimai Şuranın üzvləri Lənkəran Dövlət Universitetində imtahanların gedişini izləyiblər

Lənkəran, 8 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası bir neçə gündür davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahan sessiyasının gedişini izləmək, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədilə LDU-da İctimai Şura yaradılıb.

İctimai Şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov başda olmaqla, şura üzvləri universitetin hər iki tədris korpusuna baş çəkərək imtahanların gedişini izləyiblər.

Tələbələrə bilik sınağından üzüağ çıxmağı, sessiyanı uğurla başa vurmağı tövsiyə edən şura üzvləri imtahan prosesinin gedişi ilə tanışlıq zamanı onların rəylərini də dinləyiblər.

Şura üzvlərinə imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən veb-kameralarla birbaşa izləmək imkanı yaradılıb, onlara operativ qərargahın işi barədə ətraflı məlumat verilib.

LDU-nun təhsil həyatı, tədrisin yenilənməsi istiqamətində son illərdə aparılan islahatlarla yaxından tanışlıq şura üzvlərində xoş təəssüratlar yaradıb.

İmtahanların gedişi və universitetlə tanışlıqdan sonra İctimai Şuranın üzvləri universitetdə gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.