REGİONLAR


İctimai Şuranın üzvləri Lənkəran Dövlət Universitetində imtahanların gedişini izləyiblər

Lənkəran, 23 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahan sessiyasının gedişini izləmək, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədilə LDU-da yaradılan İctimai Şuranın üzvləri yanvarın 23-də universitetin hər iki tədris korpusuna baş çəkərək imtahanların gedişini izləyiblər.

Şura üzvlərinə imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb. Onlara Mərkəzin fəaliyyəti və LDU-da yaradılmış “Operativ qərargah”ın işi barədə məlumat verilib.

İmtahan vermiş tələbələrlə söhbətdən sonra Şuranın üzvləri universitetdə gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildiriblər.

Qeyd edək ki, İctimai Şuranın üzvləri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Qulaməli Balaşov da imtahan sessiyasının gedişini izləyib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə LDU arasında 2016-cı ildə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, Lənkəran Dövlət Universitetində “Kimya və biologiya müəllimliyi”, “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə keçirilən aralıq və yekun attestasiyalarda (imtahanlarda) ADPU-nun müəllimlərinin iştirakı təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.