CƏMİYYƏT
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası olub
Bakı, 15 fevral, AZƏRTAC
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildirilib ki, iclasda 2018-ci ilin nəticələri və maliyyə hesabatı, 2019-cu il üçün nəzərdə tutulan planlar, İctimai Televiziya tərəfindən lisenziyası alınmış xarici bədii filmlərin Azərbaycan dilində dublyajının təşkili, yayımlanması və digər cari məsələlər müzakirə olunub.
İclasda, həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının daha da yüksəldilməsi məqsədilə aparılan dəyişiklik kimi İctimai Radioda “Məzmun Planlaşdırılması” departamenti və “Məzmun İstehsalı” şöbəsinin yaradılması məsələsi də diqqətə çatdırılıb.