CƏMİYYƏT


İctimai iaşə obyektlərinə verilən xəbərdarlığın müddəti başa çatıb

Bakı, 8 avqust, AZƏRTAC

Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən havaya atılan tüstü və qoxuya görə bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən obyekt sahiblərinə verilən xəbərdarlığın müddəti artıq başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa əməl

etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb.

Atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən vəzifəli şəxsin 3500-4500, hüquqi şəxsin 20000-25000 manat məbləğində cərimə olunması nəzərdə tutulur.

Görülən tədbirlərdən sonra eyni vəziyyət davam edəcəyi təqdirdə nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.