Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 1; 2016, № 6, maddə 1009; 2019, № 6, maddə 990; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.4-cü maddədə “müvafiq məsələlər barəsində” sözləri “, habelə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin, həmin maddəyə “hazırlanması” sözündən sonra “(öyrənilməsi)” sözü əlavə edilsin.

2. 1.0.8-ci maddəyə “layihələrinə” sözündən sonra “və ya mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərə” sözləri əlavə edilsin, həmin maddədə “mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları” sözləri “həmin orqanlar” sözləri ilə əvəz edilsin.

3. 7.1.5-ci maddəyə “ictimai” sözündən sonra “və yerli” sözləri əlavə edilsin.

4. 16.1-ci və 17.1-ci maddələrə “layihələri” sözündən sonra “və ya müzakirə olunan ictimai və yerli əhəmiyyətli məsələlər” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin