CƏMİYYƏT


İctimai nəqliyyatda cibgirlikdə məşğul olan şəxslər yaxalanıb VİDEO

Bakı, 8 noyabr, AZƏRTAC 

Paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirliklə məşğul olan, insanların pulunu, mobil telefonunu, eləcə də qiymətli əşyalarını oğurlayan Bakı sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar – Elnur Qurbanov və Elçin Əliyev Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı hər iki şəxsin əsasən 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olduqları müəyyən edilib.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə də iştiraklarını istisna etmirlər. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.