ELM VƏ TƏHSİL


İctimai səhiyyə sahəsində çalışanlar üçün Çində təqaüd proqramı

Bakı, 21 yanvar, AZƏRTAC 

Çin Xalq Respublikasının Tsinqua Universitetinin ictimai səhiyyə üzrə Vanke Məktəbinin təqaüd proqramına sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramı 2021-2022-ci tədris ili üzrə ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün nəzərdə tutulub. Proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər. Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına martın 31-dək müraciət etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.