ELM VƏ TƏHSİL


İdarəetmə Sistemləri İnstitutu aliminin metodiki göstərişlər toplusu ingilis dilində nəşr olunub

Bakı, 12 fevral, AZƏRTAC

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri doktoru, professor Nailə Musayeva və Reyhan Həsənəlizadənin həmmüəllifi olduqları “Hesablama təcrübələri” (Computational experiments) adlı metodiki göstərişlər toplusu ingilis dilində nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab informasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin laboratoriya işlərini yerinə yetirmək üçün nəzərdə tutulur.

Metodiki göstərişdə elmi-tədqiqat işlərinin avtomatlaşdırma vasitələri olan MATCAD, MATLAB sistemləri haqqında ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.