ELM VƏ TƏHSİL


İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının ilk iclası keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC 

İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2021-ci ildə ilk onlayn iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda şuranın sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəşad Məstəliyev ötən il gənc alim və mütəxəssislərin pandemiya rejiminə baxmayaraq fəal olduqlarını və elmi-tədqiqat işlərini uğurla davam etdirdiklərini qeyd edib. Gənclərin elmi konfranslarda mütəşəkkil iştirakının təmin edilməsi, silsilə seminarların təşkili, gənc alimlərin elmi nailiyyətlərinin ictimailəşdirilməsi və s. kimi tədbirlərin şuranın fəaliyyət planının aparıcı istiqamətini təşkil etdiyini vurğulayıb.

R.Məstəliyev şuranın gündəliyində “İdarəetmə Sistemləri İnstitutunun elmi, elmi-təşkilati və ictimai fəaliyyətində gənc alimlərin rolu” mövzusunda seminara hazırlıq, institutun I kurs magistrantlarının GAMŞ-ın tərkibinə daxil edilməsi, şuranın "Facebook" səhifəsinin təqdimatı və bir sıra cari məsələlərin yer aldığını deyib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyeva aparılan elmi tədqiqat işlərinin nəticələrinin və təcrübələrin birgə müzakirəsinin gənclərdə elmə olan marağın artmasına səbəb olacağını qeyd edib. O gənclərə www.elmikadr.science.az və www.scholar.google.com profillərinin yaradılmasını və öz məqalələrini müntəzəm olaraq orada yerləşdirmələrini tövsiyə edib.

Sonra şuranın sədr müavini Lamiyə Nəcəfova institutun yeni yaradılan "Facebook" səhifəsi ilə iştirakçıları tanış edib və gəncləri elmin təbliği, elmi biliklərin yayılması istiqamətində sosial şəbəkələrdə fəal olmağa səsləyib.

Müzakirə olunan məsələlərlə bağlı iclas iştirakçıları da öz fikir və mülahizələrini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.