İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransın proqram komitəsinə üzv təyin olunub
AzerTAg.az
Bakı, 16 fevral, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunun (İSİ) laboratoriya rəhbəri, riyaziyyat elmləri doktoru, professor Kamil Mənsimov Belarus Dövlət Universitetinin və Belarus Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə oktyabrın 5-dən 10-dək Minskdə keçiriləcək “Dinamik sistemlər: dayanıqlılıq, idarəetmə, optimallaşdırma” (DSSCO-21) beynəlxalq elmi konfransın proqram komitəsinə üzv təyin olunub.
İdarəetmə Sistemləri İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfrans optimallaşdırma və optimal idarəetmə sahəsində dünyada tanınmış alim, Belarusun Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Rafael Qabasovun xatirəsinə həsr olunur. Konfransda İSİ-nin aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev məruzə edəcək.

Xəbərin mətnində orfoqrafik səhv var