ELM VƏ TƏHSİL


İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 19 yanvar, AZƏRTAC

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri və digər əməkdaşları 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, günahsız olaraq qətlə yetirilmiş oğul və qızlarımızın unudulmaz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq şəhidlərin məzarları önünə tər qərənfillər düzülüb. İSİ əməkdaşları Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri olan 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şərəf günü kimi xatırlanır. Azərbaycan xalqı həmin gün sovet ordusuna qarşı sinəsini sipər etmiş, mətnlik nümayiş etdirmişdir. Məhz həmin hadisələr sübut etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin, ərazi bütövlüyünün bərpası uğrunda savaşmaq əzminə malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.