Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə işçi qrupun iyunun 30-da növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, videoformatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

İclasda işğaldan azad edilmiş ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək məqsədilə ərzaq, əczaçı dükanları, bankomatların və s. açılması məqsədilə iş adamlarının iyul ayı ərzində Kəlbəcər və Laçın rayonlarına səfərinin təşkili ilə bağlı məsələ müzakirə edilib, səfərin proqramı və marşrutunun hazırlanması, həmçinin təhlükəsizlik məsələlərinin təmin olunmasının vacibliyi qeyd edilib.

Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə sözügedən nazirliyin rəsmisinin hesabatı dinlənilmişdir. Hesabatda qeyd edilir ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb. 1 525 km avtomobil yolunun, 292 km elektrik verilişi xəttinin, 45 km qaz təchizatı xəttinin, 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin ilkin inventarlaşdırılması başa çatdırılıb. Bundan əlavə, 533 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq elektron məlumat bazasına daxil edilib.

Həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici ekspertlərlə əməkdaşlığa start verilib. Bu istiqamətdə AMEA-nın İqtisadiyyat İnstitutu və “Boston Consulting Group” məsləhətçi şirkəti ilə birgə müvafiq işlər aparılmaqdadır.

İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı və tarazlı inkişafının təmin olunması, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınmaqla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Hazırkı dövrə qədər 600-dən artıq müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi öz hesabatında bildirib ki, turizm resurslarının qiymətləndirmə metodologiyası əsasında turizm resurslarının qiymətləndirilməsi turizm və rekreasiya zonaları, nəqliyyat dəhlizləri və tematik mövzular üzrə (turizm marşrutları üzrə) aparılır. Turizm məhsullarının inkişaf etdirilməsi istiqamətində “Yolumuz Qarabağa” turizm marşrutunun konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli-Xocavənd” tur proqramlarının layihələri hazırlanıb. Bölgənin “Milyon ürək, bir bağ” turizm destinasiya brendinin yaradılması istiqamətində işlər aparılıb, həmçinin regionun turizm potensialının 2021-ci ilin may və iyun ayında Dubay və İstanbul şəhərində keçirilən beynəlxalq sərgilərdə təbliğ edilib.

Təqdim olunan hesabatlar İşçi qrupun üzvləri tərəfindən geniş müzakirə edilib və tövsiyələr verilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynaya həlak olmuş daha 1245 hərbçinin meyiti qaytarılıb

Parisdə “Gizli ölüm toxumları” kitabının təqdimatı olub

SOCAR “SportFest” tədbirində tərəfdaş qismində iştirak edir

AEBA İran-İsrail qarşıdurmasında tərəfləri təmkin nümayiş etdirməyə çağırıb

Qazaxıstanın hakim partiyasının saytında ölkə nümayəndə heyətinin Şuşa konfransında iştirakı barədə informasiya yerləşdirilib

"Latsio" Pedro ilə yeni müqavilə imzalayıb

Elçin Məsiyev Portuqaliya millisinin oyununa təyinat alıb

Marneulidə “Narkomaniyaya yox deyirik” adlı aksiya keçirilib

AZAL bir sıra aviareysləri ləğv edib

Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

Bir qrup Tacikistan vətəndaşı İrandan təxliyə olunub

Ankara liseylərinin şagirdlərinə TDT-nin fəaliyyət prinsipləri barədə məlumat verilir

Azərbaycan Astanada MDB ölkələri DİN nümayəndələrinin iclasında iştirak edib

ÇXR Sədri Si Cinpin Qazaxıstana səfərə gəlib

Rəsmi Astana: Qazaxıstan vətəndaşları Azərbaycan və Türkmənistan vasitəsilə İranı tərk ediblər

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirilib

Bonn İqlim Sammitinin sessiyalarında Bakıda razılaşdırılmış maliyyə paketinin necə icra olunacağı müzakirə ediləcək

Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb VİDEO

Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb VİDEO

Lənkəranda polisdən əməliyyat - 18 kiloqram narkotik vasitə aşkarlandı VİDEO

Lənkəranda polisdən əməliyyat - 18 kiloqram narkotik vasitə aşkarlandı VİDEO

İran-İsrail qarşıdurması və dünya bazarında neftin qiyməti-TƏHLİL

İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs tutulub

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

FİDE reytinqinin ikincisini məğlub edən Azərbaycan şahmatçısı: Ümid edirəm ki, karyeramda belə qələbələr davamlı olar

Ukraynalı alim: Heydər Əliyevin gəlişi ilə Azərbaycan postimperial siyasi boşluqdan aydın edilmiş vəzifələrə inamlı çıxdı

Ciorcia Meloni Almaniya Kansleri və britaniyalı həmkarı ilə görüşüb

Alimlər Avropada güclü meşə yanğınları təhlükəsi fonunda yeni strategiya təklif edirlər

Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

ABŞ Cənubi Çin dənizindəki təyyarədaşıyanı Yaxın Şərq sularına göndərib

Parisdə “İRS” Nəşriyyat Evinin kitablarının təqdimatı keçirilib VİDEO

Parisdə “İRS” Nəşriyyat Evinin kitablarının təqdimatı keçirilib VİDEO

Tomas Müller "Bavariya"nın tarixində ən çox qol vuran üçüncü futbolçudur

Xəzər dənizində zəlzələ qeydə alınıb

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb

Si Cinpin Qazaxıstana səfərə yola düşüb

Hidrometeorologiya Xidməti: Qeyri-sabit hava şəraiti iyunun 18-i gündüzədək davam edəcək

Hidrometeorologiya Xidməti: Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb

Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti - SB62-də COP29 rəhbərliyi ilə təmsil olunur VİDEO

Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti - SB62-də COP29 rəhbərliyi ilə təmsil olunur VİDEO

Türkiyədə avtomobil aşıb, üç nəfər ölüb

Peruda zəlzələ baş verib, ölən var

Alimlər beyin təsvirində inqilabi imkanların əsasını qoyublar - ARAŞDIRMA

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirilib

Gənc azərbaycanlı qız Almaniyada şahmat üzrə çempion olub

İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib

Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

Riyad Məmmədov Moskva Caz Festivalında çıxış edib

Bu ilin məzunları sırasında uşaq evi sosial xidmət müəssisələrinin bir qrup sakini də var

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb

Almaniyada ilk dəfə Milli Veteranlar Günü qeyd olunub

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb

Kahramanmaraşda “Dəmir Yumruq” abidəsinin ucaldılması planlaşdırılır

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib

Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub

İranda 2 nəfər casus ələ keçirilib

Xalq artisti Amaliya Pənahovanın məzarı ziyarət edilib

Roma Papası dünyada sülh üçün çağırış edib

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Vasili Berezutski “Sabah” klubundan ayrılmasının səbəbini açıqlayıb

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

İran İsrailə 50 ballistik raket atıb

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

Sabirabadda klinikada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşünün digər iştirakçısı da Azərbaycana gəlib

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

Şıx çimərliyində iki nəfər batıb YENİLƏNİB

Uşaq evi sosial xidmət muəssisəsinin bir qrup sakini üçün ekskursiya təşkil edilib

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bahar Muradova: Bizim ortaq bir amalımız var - ədalətli, sabit və dəyərlərə əsaslanan dünya nizamı

Qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətləri dinləniləcək

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO VİDEO

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO VİDEO

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son hadisələri müzakirə ediblər

Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq

Texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir

BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib

Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya uçuşlar ləğv edilib

Biləsuvarda baş verən ağır yol qəzasında iki nəfər ölüb

Xarkov şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Daulet Kəribek: Əsas məqsədlərimizdən biri türk dövlətləri arasında dialoqun inkişaf etdirilməsidir

Türkiyə XİN: Azərbaycanla birliyimiz əbədi davam edəcək

Aktam Xaitov: Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum

Unal Üstel: Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı qüruru biz də öz qəlbimizdə hiss etdik

Daulet Kəribek: Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib

Efkan Ala: Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir

Nazim Beyşekeyev: Qırğızıstan vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk