İDMAN
İddiaçılar turniri: Şahmatçılar 10-cu turda mübarizə aparacaqlar
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirində 10-cu turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, növbəti mərhələdə Fabiano Karuana (ABŞ) Liren Dinq (Çin), Maksim Vaşe-Laqrav (Fransa) Aniş Giri (Niderland), Rusiya şahmatçıları Yan Nepomnyaşi Kiril Alekseyenko, Çinin digər təmsilçisi Van Hao daha bir rusiyalı şahmatçı Aleksandr Qrişuk ilə mübarizə aparacaqlar.
Yan Nepomnyaşi doqquz turdan sonra 5,5 xalla turnir cədvəlində liderliyini davam etdirir. Maksim Vaşe-Laqrav, Fabiano Karuana, Aniş Giri 5, Kiril Alekseyenko, Van Hao, Aleksandr Qrişuk 4, Liren Dinq 3,5 xala malikdirlər.
Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.