İDMAN


İddiaçılar turniri: Şahmatçılar 13-cü turda mübarizə aparacaqlar

Bakı, 26 aprel, AZƏRTAC

Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirində 13-cü turun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 13-cü turda rusiyalı şahmatçılar Yan Nepomnyaşi Maksim Vaşe-Laqrav (Fransa), Van Hao (Çin) Fabiano Karuana (ABŞ), Kiril Alekseyenko Liren Dinq (Çin), Aleksandr Qrişuk Aniş Giri (Niderland) ilə mübarizə aparacaqlar.

Ötən turların nəticəsinə görə, Yan Nepomnyaşi turnir cədvəlində 8 xalla birinci yeri tutur. İkinci və üçüncü pillələrdə 7,5 xalla A.Giri, 6,5 xalla M.Vaşe-Laqrav qərarlaşıblar.

On dörd turdan ibarət olan turnir aprelin 27-də başa çatacaq.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.