ORDU
İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabit və dövlət qulluqçularının iştirakı ilə metodiki məşğələ keçirilib
Bakı, 7 iyun, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçularının iştirakı ilə hərbi hissələrdə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plana uyğun olaraq bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandir-rəis heyətinə kömək göstərilməsinə dair tövsiyə xarakterli metodiki məşğələ keçirilib.
Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup, eləcə də fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilib, onlarla söhbətlər aparılıb.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb və hərbi qulluqçulara xidmətlə bağlı lazımi tövsiyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:10]
Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]