CƏMİYYƏT
“İdeyadan biznesə” layihəsinin yeni mövsümünə start verilir
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Gənclər Fondu və BMT-nin İnkişaf Proqramının (UNDP Azerbaijan) birgə təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “SUP VC” akselerasiya proqramının (SUP Accelerator) dəstəyi ilə “İdeyadan biznesə” (“I2B”) layihəsinin yeni mövsümünə start verilir.
AZƏRTAC Azərbaycan Gənclər Fondunun saytına istinadla xəbər verir ki, həyata keçirilən layihənin məqsədi, ölkəmizdə startap hərəkatının inkişafı, gənclərə biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsidir.
Hazırda iştirakçıların “http://www.i2b.az” saytı vasitəsilə qeydiyyatı aparılır.
Qeyd edilir ki, yaşı 18-dən yuxarı olan hər kəs mayın 26-dək onlayn qeydiyyatdan keçə bilərlər.