CƏMİYYƏT


“İdeyanı reallaşdır” müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə iyulun 7-dən 27-dək keçirdiyi “İdeyanı reallaşdır 2022” Gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, layihə qəbulu müddətində daxil olan layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilərək “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”, “Gənclər Məkanı”, “Gənc Lider”, “Azərbaycan Könüllüsü” və “Tələbə Təşəbbüsü” qrant istiqamətləri üzrə 178 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarını rəhbər tutaraq, Gənclər Fondu bu günə qədər gənclər və gənclər təşkilatlarının 5 minə yaxın layihəsini maliyyələşdirib, paytaxtda və regionlarda yaşayan gənclərin hərtərəfli inkişafı ilə bağlı silsilə proqramlar həyata keçirib.

Ötən 10 il ərzində 500 mindən çox gənc Fond tərəfindən dəstəklənən layihələrdən bilavasitə yararlana bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.