ELM VƏ TƏHSİL


İdeyasını kapitala çevirmək istəyən gənclər layihələrini “Wish.az” platformasında qeydiyyatdan keçirə bilər

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin məzunlarının və pedaqoji heyətinin iştirakı ilə “Wish.az” platforması haqqında onlayn təlim keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, “Global Innovations” MMC-nin qurucuları Zeynal Kərimzadə və Toğrul Rəhimlinin moderatorluğu ilə keçirilən təlimdə şirkətin perspektiv imkanları barədə məlumat verilib. Bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, ideyasını kapitala çevirmək istəyən istedadlı gənclər layihələrini “Wish.az” platformasında qeydiyyatdan keçirə bilər.

İki saat davam edən görüşdə İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiri, Milli Məclisin deputatı Rüfət Quliyev, müəllimlər Sədaqət Əbdürrəhmanova, İlham Aslanzadə AzTU məzunlarının iqtisadiyyatın müxtəlif sahələrində yüksək vəzifələrdə çalışdığını və universitetlə əməkdaşlıqlarını davam etdirdiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.