MƏDƏNİYYƏT


İdilliya Biret Soçidə konsert verəcək

Bakı, 20 fevral, AZƏRTAC 

Dünya şöhrətli pianoçu İdilliya Biret Rusiyanın Soçi şəhərində konsert proqramı ilə çıxış edəcək.

Anadolu agentliyinin məlumatlana görə, sənətkar fevralın 24-də Beynəlxalq Sənət Festivalının bağlanış mərasimində konsert verəcək. Pianoçunu Yuri Başmetin dirijorluğu ilə Rusiya Gənclər Simfonik Orkestri müşayiət edəcək.

Qeyd edək ki, fevralın 15-dən etibarən keçirilən festivala dünyanın ən məşhur orkestrləri və sənət adamları qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.