İDMAN


İdman Arbitraj Məhkəməsi rusiyalı kerlinqçiləri 2018-ci il Olimpiadasının bürünc medallarından məhrum edib

Bakı, 22 fevral, AZƏRTAC

İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı kerlinqçilər Anastasiya Brızqalova və Aleksandr Kruşelnitskini 2018-ci il Olimpiadasının bürünc medallarından məhrum edib.

Kruşelnitski antidopinq qaydalarını pozduğuna görə CAS bu cütlüyün 2018-ci il olimpiadasında göstərdiyi nəticəni ləğv edib.

AZƏRTAC xəbər verir ki, Pxençxanda Olimpiya Oyunları dövründə Kruşelnitskinin dopinq yoxlamasının nəticəsi müsbət olub.

Məhkəmə Kruşelnitskinin Olimpiya Oyunları dövründə yarışlardan kənarlaşdırılması barədə qərar çıxarıb. İdmançı məhkəmənin bu qərarı ilə razılaşıb, eyni zamanda Oyunlar başa çatandan sonra diskvalifikasiya müddətinin ləğv edilməsi və ya azaldılması üçün müraciət etmək hüququnu saxlayıb.

Fevralın 22-də CAS-ın səyyar briqadası bu məsələ ilə əlaqədar dinləmə keçirməli idi, lakin tərəflərin yazılı xahişinə əsasən həmin dinləmə ləğv edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.