İDMAN


İdman dırmanması üzrə Azərbaycan millisinin üzvü beynəlxalq turnirdə gümüş medal qazanıb

Bakı, 3 yanvar, AZƏRTAC

Azərbaycan millisinin üzvü Tbilisidə keçirilən yeniyetmələr arasında idman dırmanması üzrə açıq çempionatda gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın yığma komandası yarışda üç idmançı ilə təmsil olunub. Boldrinq üzrə yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi ilə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” idman klubunun təmsilçisi Mədinə Abdullayeva uğurla çıxış edib. 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında qüvvəsini sınayan təmsilçimiz gümüş medala sahib olub.

Mədinə Abdullayeva ötən il ölkəmizdə idman dırmanmasının çətinlik növü üzrə keçirilən DGK İSM “Gömrükçü” idman klubunun açıq beynəlxalq birinciliyində də gümüş medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.