İDMAN


İdman dırmanması üzrə açıq respublika çempionatı başa çatıb

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idman dırmanmasının boldrinq növü üzrə keçirilən açıq respublika çempionatı başa çatıb.

FAIREX–dən AZƏRTAC-a bildiriblər ki, 32 komandanın tərkibində 100-dən çox idmançının iştirak etdiyi çempionat oğlanlar və qızlar arasında üç mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən çempionatda oğlanların yarışında Gəray Əliyev və Rinat Rəhimxanov, qızların mübarizəsində isə Şəms Quliyeva və Sima Səfərova qalib adını qazanıblar. Komanda hesabında isə FAİREX-in “Qafqaz”, eləcə də “Gömrükçü” və “Şəki A.M.A” kollektivləri ilk üç yerdə qərarlaşıblar.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, FAİREX-in medal, kubok və sertifikatları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.