İDMAN


İdman gimnastikadan başlayır - FOTOREPORTAJ

Şəki, 9 dekabr, AZƏRTAC

Futboldan güləşədək əksər idman növlərinin təməl prinsipində gimnastika elementləri dayanır. Gimnastika ilə məşğul olan insan gələcəkdə istənilən növdə uğur qazana bilər. Azərbaycan Gimnastika Federasiyasının şüarı da belədir: “İdman gimnastikadan başlayır”.

AZƏRTAC xəbər verir ki, federasiya uzun illərdir bu şüardan istifadə edir. Bu fikirlə həm yerli, həm də beynəlxalq mütəxəssislər razılaşırlar. Hər idman növündə isinmə hərəkətləri var. İsinmə hərəkətlərində və məşq prosesində gimnastika elementlərindən istifadə olunur. Elə bir idmançı yoxdur ki, gimnastikanın təməl elementlərini icra etməsin. Bütün bunlar bir daha təsdiq edir ki, idman gimnastikadan başlayır.

Hazırda Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastikanın altı növü üzrə birgə yarışlar davam edir.

AZƏRTAC yarışdan maraqlı fotoları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.