İDMAN


İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir. Silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası iyunun 29-30-da kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına hazırlaşır.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək turnirdə, ümumilikdə 100-dən çox gimnastın iştirak edəcəyi gözlənilir.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.