İDMAN


İdman gimnastikası üzrə dünya kubokunda kişilər arasında dayaqlı tullanma yarışının qalibi müəyyənləşib

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ikinci günündə kişilər arasında dayaqlı tullanma yarışında medalların sahibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Belarus təmsilçisi Pavel Bulauski (14.283 xal) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Filippinli gimnast Yulo Karlos Edrial (14.183 xal) dünya kubokunun gümüş medalını əldə edib. İlk üçlüyü gürcüstanlı Konstantin Kuzovkov (14.133 xal) qapayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.