İDMAN


İdman gimnastlarımız Avropa çempionatında iştirak ediblər

Bakı, 26 aprel, AZƏRTAC

İsveçrənin Bazel şəhərində təşkil olunmuş idman gimnastikası üzrə Avropa çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, çempionatda ölkəmizi kişilər arasında İvan Tixonov, Nikita Simonov, Ağamurad Qəhrəmanov, qadınların mübarizəsində isə Marina Nekrasova və Milana Minakovskaya təmsil ediblər.

Gimnastlarımızdan ikisi – İvan və Marina gərgin idman mübarizəsi şəraitində keçən yarışın final mərhələsinə adlamağı bacarıblar.

İ.Tixonov çoxnövçülükdə Avropa çempionatının 8 ən güclü idmançısı arasında yer alıb. Finalda 6 alətlə nümayiş etdirdiyi çıxışlarına görə 80.598 toplayaraq, o, çoxnövçülükdə səkkizinci pillədə qərarlaşıb. M.Nekrasova isə dayaqlı tullanma aləti üzrə final mərhələsində 7-ci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.