İDMAN


İdman gimnastlarımız Tbilisidən medallarla qayıdırlar

Bakı, 18 oktyabr, AZƏRTAC

Kişi idman gimnastikası üzrə yığma komandamızın gənc üzvləri Tbilisidə beynəlxalq turnirdə iştirak ediblər.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, komandamızın hesabına ilk medalı Cavidan Babayev yazdırıb. O, sərbəst hərəkətlərdə 12.766 xal toplayaraq turnirin gümüş medalına sahib olub. İdmançımız növbəti uğurlu çıxışını halqalarda icra edərək bürünc medal (12.666 xal) qazanıb.

Təmsilçilərimizdən Səməd Məmmədli də yarışları 2 medalla başa vurub. Gimnastımız dəstəli atda gümüş (12.966 xal), turnikdə isə bürünc medal (12.200 xal) əldə edib.

Komanda yoldaşlarından geri qalmayan Sərvər Əliyev də yığmamızın hesabına paralel qollarda gümüş medal (13.033 xal) yazdırıb.

Gimnastlarımız yarışı 3 gümüş və 2 bürünc medalla başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.