“İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil olunub
AzerTAg.az
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Bakı Konqres Mərkəzinin qarşısında “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə baş tutan yürüşdə 100-dək peşəkar və həvəskar velosipedçi, həmçinin şəhər sakinləri iştirak ediblər.
Velosipedçilər Mərkəzin qarşısındakı parkda saat 19:00-dan start götürməklə bir saat müddətində dairəvi hərəkət ediblər.
Veloyürüş şəhər sakinlərinin böyük marağına səbəb olub.
Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.





Xəbərin mətnində orfoqrafik səhv var