İDMAN


“İdman jurnalistikası” magistr ixtisası üzrə növbəti dərs ili üçün qəbul elan edilib

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ingilis dilində tədris olunan “İdman jurnalistikası” magistr ixtisası üzrə 2019-2020-ci akademik dərs ili üçün növbəti qəbulu elan edir.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, magistr ixtisasına qəbul olmaq istəyənlər Dövlət İmtahan Mərkəzinin elan etdiyi magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etməlidirlər. Bunun üçün fevralın 11-də Dövlət İmtahan Mərkəzinin rəsmi saytından qeydiyyatdan keçmək lazımdır - http://eservices.dim.gov.az/erizemag/erize.

Qəbul imtahanın birinci mərhələsi fevralın 24-də baş tutacaq. Bu mərhələdən yetərli bal toplayan namizədlər ikinci mərhələyə müraciət edə biləcəklər. İmtahanın ikincisi mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən təşkil olunacaq.

“İdman jurnalistikası” magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə kadr potensialının artırılmasıdır. Təhsil proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə əməkdaşlıq çərçivəsində birgə hazırlanıb. “İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Den Meyson rəhbərlik edir. Tədris prosesi beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən ingilis dilində həyata keçirilir.

Bu ixtisasa qəbul olan namizədlər xüsusi yaradılmış Multimedia Mərkəzində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnəcək, idman jurnalistikasının özəllikləri ilə yaxından tanış olacaqlar. Bununla yanaşı, proqram çərçivəsində Böyük Britaniyaya səfər də planlaşdırılır. Səfər müddətində tədris modullarının birinin tərəfdaş Şeffild Hallam Universitetində keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.