İDMAN


İdman jurnalistlərinə Türkmənistan Dövlət Sirkində xüsusi proqram təqdim olunub

Aşqabad, 20 sentyabr, AZƏRTAC

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarını işıqlandıran beynəlxalq KİV nümayəndələri Türkmənistan Dövlət Sirkində olublar.

AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, azərbaycanlı jurnalistlərin yer aldığı heyətə xüsusi proqram təqdim edilib.

Əvvəlcə gimnastlar, “Asiyanın sədası” IX beynəlxalq festivalın mükafatçıları Selbi Şıxıyeva və Parahat Orazlıyev maraqlı çıxışları ilə tamaşaçıların zövqünü oxşayıblar. Sonra “Türkmən igidləri” süvari akrobat qrupu nümunəvi çıxışlarını təqdim edib.

Tədbirin maraqla qarşılanan hissəsi Türkmənistanın məşhur süvari akrobat qrupu “Qalkınış”ın çıxışı olub. Axaltəkə atları ilə məharətlərini nümayiş etdirən qrup üzvləri tamaşaçıların hərarətli alqışları ilə proqramlarını tamamlayıblar.

Proqramın digər nömrələri də jurnalistlərin marağına səbəb olub.

“Qalkınış” qrupu qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış mərasimində və “Aşqabad-2017”nin məşəlinin alovlandırılmasında iştirak edib.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.